Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri

 

 Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə tər güllər düzmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 4.