Şəhidlərin xatirəsinə ehtiram

 

 Tacikistan Prezidenti Emoməli Rəhmon iyulun 12-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Prezidenti Emoməli Rəhmon və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət etdilər.

Tacikistanın dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Tacikistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Emoməli Rəhmon Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 4.