Azərbaycan Türkiyənin sosial
sahədəki kadr potensialı təcrübəsindən
faydalanmaq niyyətindədir
İyulun 12-də Azərbaycanın əmək
və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov
Türkiyənin əmək və sosial müdafiəsi naziri
Faruk Çelikin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Görüşdən
əvvəl nazirliyin inzibati binası ilə tanış olan
qonaqlar burada fəaliyyət göstərən videokonfrans
zalına baxmışlar. Videokonfrans zalında türkiyəli
nazir bir sıra bölgələrin sakinləri ilə
birbaşa canlı bağlantı yaratmışdır.
Geniş
tərkibdə davam edən görüşdə nazir F.Ələkbərov
Azərbaycanın sosial-iqtisadi siyasəti barədə qonaqlara
ətraflı məlumat vermiş, əhalinin yoxsulluq səviyyəsinin
xeyli aşağı düşdüyünü və bu
istiqamətdə həyata keçirilən tədbirlərin
davam etdirildiyini demişdir. Bildirilmişdir ki, Prezident İlham
Əliyevin uğurla həyata keçirdiyi iqtisadi-siyasət
neft sektorundan əldə olunan gəlirlə qeyri-neft sektorunu
inkişaf etdirməyi prioritet vəzifə kimi qarşıya
qoyur. Bu baxımdan bir çox uğurlara imza
atılmış, minlərlə iş yeri
yaradılmış, işsizlik problemi həllini
tapmışdır.
Türkiyə
ilə sosial sahədə əlaqələrin yüksək səviyyədə
olduğunu söyləyən F.Ələkbərov əməkdaşlığın
yeni perspektivlərinə diqqət çəkmişdir. Nazir
vurğulamışdır ki, Azərbaycan Türkiyənin
sosial sahədəki kadr potensialı təcrübəsindən
faydalanmaq niyyətindədir.
Əməkçi
miqrantlar məsələsinin də daim gündəmdə
olduğunu diqqətə çatdıran azərbaycanlı
nazir bu baxımdan əlaqədar yerli qurumların böyük
məsuliyyət daşıdıqlarını bildirmişdir.
Qanunsuz miqrant axınının qarşısını almaq və
əmək balansını pozmamaq istiqamətində işlərin
davam etdirildiyi deyilmişdir.
Türkiyənin
əmək və sosial müdafiəsi naziri Faruk Çelik
ölkəsinin Azərbaycan ilə bütün sahələrdə,
o cümlədən sosial münasibətlərdə
maraqlı olduğunu demişdir. İki ölkə
qardaşlığının daimi olacağına əminliyini
ifadə edən türkiyəli nazir sosial sahədə də əməkdaşlığın
genişləndiriləcəyini və istənilən məsələdə
yardıma hazır olduqlarını diqqətə
çatdırmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 13 iyul.- S. 5.