Keçmiş Yuqoslaviya
Respublikası Makedoniyanın Prezidenti George İvanovun Azərbaycana
səfəri başa
çatmışdır
Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmiş Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanovun səfəri iyunun 30-da başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanovu hava limanında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2012.- 1 iyul.- S. 8.