Azərbaycan mətbuatı ölkədə milli azlıqların dilinin, mədəniyyətinin, adət ənənələrinin qorunmasına və inkişafına böyük töhfə verir

 

 İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Avropa Şurası Məşvərətçi Komitəsinin ekspert qrupunun üzvləri ilə görüş keçirilmişdir.

 Fonddan AzərTAc-a bildirmişlər ki, görüşdə qurumun icraçı direktoru Vüqar Səfərli fondun yaranma tarixi və fəaliyyəti barəsində qonaqlara ətraflı məlumat vermişdir. İcraçı direktor KİV-lərə dövlət dəstəyinin istiqamətləri haqqında, eləcə də milli azlıqların dilinin, mədəniyyətinin, adət və ənənələrinin qorunmasına və inkişafına mətbuatın verdiyi töhfələrdən söz acmışdır. O qeyd etmişdir ki, fondun  elan etdiyi müsabiqələrdə milli azlıqların dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunması və inkişaf etdirilməsi ilə bağlı mövzulara xüsusi diqqət yetirilir.

Ölkədə 90-a yaxın millietnik azlığın nümayəndələrinin yaşadığını söyləyən Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başladığı vaxtdan indiyədək milli azlıqların dillərində nəşr edilən mətbuat orqanlarına da maliyyə dəstəyi göstərildiyini diqqətə çatdırmışdır.

Görüşdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli azlıqların müdafiəsinin Şuranın daim diqqət mərkəzində olduğunu demişdir. Bildirilmişdir ki, hazırda ölkədə etnik icmaların dilində 15 -dən çox qəzet və jurnal nəşr olunur.

Milli TeleviziyaRadio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə qeyd etmişdir ki, milli azlıqların sıx yaşadıqları 5 bölgədə yerli teleradio kanalları fəaliyyət göstərir.  Həmin telekanallarda mütəmadi olaraq milli azlıqların mədəniyyətini, adət -ənənəsini əks etdirən verilişlər  yayımlanır. Regional televiziyalardan əlavə İctimai Televiziya  da bu məsələyə xüsusi önəm verir. Bu kanalda hətta sayı 5 mindən az olan xalqlar barəsində belə verilişlər gedir. Radioda isə hər gün  rus, fars, ingilis,  hətta erməni dillində verilişlər  yayımlanır. Etnik azlıqlar ölkədə fəaliyyət göstərən  kabelpeyk televiziyalarından  da  sərbəst istifadə edə bilirlər.  Bundan əlavə, ölkədə rus dilində  gündəlik  radioteleviziya verilişləri yayımlanır.

Daha sonra dialoqdiskussiya şəraitində davam edən görüşdə Avropa Şurası Məşvərətçi Komitəsi nümayəndə heyətinin rəhbəri Anastasiya Krikli səmimi söhbətə görə təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 6.