Azərbaycan ilə
İraq arasında mülki
aviasiya sahəsində ikitərəfli sənəd
imzalanmışdır
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasında İraq Respublikası Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti ilə görüş olmuşdur.
DMAA-dan bildirmişlər ki, görüşdə İraqın Mülki Aviasiya Administrasiyasının baş direktoru Nasir Hüseyn Bəndər ilə ölkələrimizin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığı məsələləri, eləcə də Bakı ilə Bağdad arasında müntəzəm uçuşların yerinə yetirilməsi perspektivləri müzakirə edilmişdir.
Görüşün nəticələri üzrə ikitərəfli sənəd imzalanmışdır. Bu sənəd ölkələrimiz arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsi üçün əsas olacaqdır.
Səfər çərçivəsində İraq nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki aviasiya subyektlərinin fəaliyyəti və Bakı şəhəri ilə tanış olmuşlar.
AzərTAc
Azərbaycan.- 2012.- 13 iyul.- S. 6.