Prezident İlham Əliyev Kubanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlətimizin başçısı səfir Marselo Kaballero Torresin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Kuba arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini dedi və səfirin əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.

Görüşdə Azərbaycan ilə Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin razılıq doğurduğu vurğulandı, bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 1.