Azərbaycan və Estoniya şirkətlərinin birlikdə fəaliyyəti üçün münbit şərait vardır

 

Bir çox sahələr üzrə Azərbaycan və Estoniya şirkətlərinin birlikdə fəaliyyəti üçün münbit şərait vardır.

AzərTAc xəbər verir ki, bu sözləri Estoniyanın iqtisadi əlaqələr və rabitə naziri Yohan Parts Azərbaycana səfəri çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə demişdir. Y.Parts bildirmişdir ki, şirkətlər birlikdə müəssisələr də yaradaraq hər iki ölkənin İKT sahəsinə sərmayə qoya bilərlər.

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları üzrə şirkətləri Estoniya bazarlarına çıxmaqla birbaşa Avropa bazarlarına çıxış qazanacaqlar.

 

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 8.