Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi
səfəri başa
çatmışdır
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 13-də başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2012.- 14 iyul.- S. 4.