Türkmənistan səfiri Azərbaycanın xarici siyasət idarəsinə təşəkkür məktubu göndərmişdir

 

Türkmənistan Respublikasının ölkəmizdəki səfiri Toylı Komekov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) təşəkkür məktubu göndərmişdir.

XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məktubda Türkmənistanın Azərbaycandakı səfirliyi və "Azmeko" şirkətinin dəstəyi ilə "Letterpress" nəşriyyat evi tərəfindən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun çıxışlarından və müsahibələrindən ibarət "Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası" adlı nəşrin çapına göstərilmiş  dəstəyə görə Azərbaycan tərəfinə dərin minnətdarlıq ifadə olunmuşdur.

Məktubda ikicildlik nəşrin dostqardaş dövlət olan Azərbaycanda çap edilməsinin Türkmənistanda böyük rəğbətlə qarşılandığı və bu hadisənin Azərbaycan xalqının Türkmənistan xalqına olan əsl dostluq münasibətlərinin bariz nümunəsi olduğu vurğulanmışdır.

 

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 4.