YAP Qaradağ rayon təşkilatının fəalları Heydər Əliyev Fondunda olmuşlar

 

 Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 43-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının şurasının və idarə heyətinin üzvləri, fəalları Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial, iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ümummilli liderin şəxsi arxivindən götürülmüşonun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən partiya fəalları fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla tamaşa etmişlər.

Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 4.