Viktor Yanukoviç:
Ukrayna Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi məsələsində
irəliləyişə nail olmağa çalışacaqdır
2013-cü ildən ATƏT-də sədrlik edəcəyi dövrdə Ukrayna Dağlıq Qarabağ münaqişəsinin və Dnestryanı münaqişənin tənzimlənməsi məsələlərində irəliləyişə nail olmağa çalışacaqdır.
Ukrayna Prezidenti Viktor Yanukoviç Krımda Yusupov sarayında "MDB, Gürcüstan və Baltikyanı ölkələrin Baş Redaktorlar Klubu"nun üzvləri olan jurnalistlərlə görüşdə bildirmişdir ki, Ukrayna hələ həll edilməmiş məsələlərə dair sənədlər qəbulu prosesini artıq başlamışdır.
AzərTAc "Qruziya-onlayn" internet nəşrinə istinadla xəbər verir ki, Prezident Yanukoviç demişdir: "Ukrayna ATƏT-də sədrlik edəcəyi dövrdə bu məsələdə irəliləyişə nail olmağa, onu tam həll edə bilməsə də, sülhü qoruyub saxlamağa çalışacaqdır, çünki yaxşı müharibədənsə pis sülh yaxşıdır".
Viktor Yanukoviç ümidvar olduğunu bildirmişdir ki, Ukrayna bu münaqişələri beynəlxalq hüquq prinsipləri nəzərə alınmaqla tənzimləməyə nail olacaqdır.
Xatırladaq ki, MDB, Gürcüstan və Baltikyanı ölkələrin
Baş Redaktorlar Klubu 2011-ci ildə Astanada
(Qazaxıstan) RİA-Novosti agentliyinin təşkil etdiyi
Avropa və Asiya
KİV-lərinin İllik Forumunda
yaradılmışdır. Klubun əsas vəzifəsi KİV regionda
mövcud siyasi, iqtisadi və sosial proseslərin
jurnalistlər tərəfindən daha dərindən
başa düşülməsi və
onların KİV-də obyektiv işıqlandırılması
məqsədi ilə KİV rəhbərlərinin MDB ölkələri,
Baltikyanı dövlətlər və Gürcüstan rəhbərləri ilə
görüşlərini təşkil etməkdir. 2012-ci ilin fevral ayında Kiyevdə
klubun birinci
sessiyası keçirilmiş, həmin sessiyada Ukraynanın baş
naziri Nikolay Azarov və Ukraynanın sabiq
prezidenti Leonid Kuçma ilə görüşlər olmuşdur.
Azərbaycan.- 2012.- 14 iyul.- S. 4.