Azərbaycanın geoloji möcüzələri kitablar dəsti elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır

 

 Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun "Azərbaycanın geoloji möcüzələri" adlı kitablar dəsti nəşr olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən bildirmişlər ki, nəşrə "Neft haqqında nə bilirik?", "Palçıq vulkanları haqqında nə bilirik?" və "Azərbaycan Respublikasının geoloji irsi" kitabları daxildir.

Nəşrə daxil olan birinci kitabda neftin üzvi maddədən əmələ gəlməsi və karbohidrogenlərə çevrilməsindən tutmuş axtarış, hasilat, daşınma və emalına, eləcə də dünya birliyinin inkişafındakı roluna qədər bütün aspektləri təsvir olunur. Burada xüsusi bölmədə Azərbaycanın neft sənayesinin tarixindəki mühüm hadisələr haqqında məlumat verilmiş, ölkəmizin ilk neft sənayeçiləri barədə qısa bioqrafik arayışlar yer almışdır. Kitab neft haqqında məlumatı olmayan, yaxud az olan geniş oxucu kütləsi üçün publisistik üslubda yazılmışdır.

Kitabın müəllifləri akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvü Əkbər Feyzullayevgeologiya-mineralogiya elmləri namizədi Məlahət Əfəndiyevadır. Elmi redaktoru geologiya-mineralogiya elmləri doktoru, professor Fikrət Babayevdir.

Palçıq vulkanlarından bəhs edən kitab isə Azərbaycan və digər ölkələrin bu tip möcüzəli təbiət hadisələri barədə məlumat verir. Burada palçıq vulkanlarının əmələ gəlməsi, püskürmə mexanizmi, neft-qaz yataqları və zəlzələlərlə əlaqələri izah olunur. Kitabda həmçinin palçıq vulkanlarının maqmatik vulkanlarla müqayisəsi şərh edilir, vulkan palçıqlarının müalicəvi əhəmiyyətindən bəhs olunur və sadə oxucu kütləsi üçün böyük maraq kəsb edən digər məsələlər də öz əksini tapır.

Kitabın müəllifləri İ.Quliyev, Ə.Feyzullayevgeologiya-mineralogiya elmləri doktoru Adil Əliyevdir.  Hər iki kitab Azərbaycan, ingilisrus dillərində yazılmışdır.

"Azərbaycan Respublikasının geoloji irsi" kitabı isə ingilis dilindədir və ölkəmizdəki nadir geoloji obyektlər haqqındadır. Burada onların elminsan həyatı üçün əhəmiyyəti barədə məlumatlar böyük maraq kəsb edir. Həmçinin nəşrdə bu geoloji obyektlərin antropogen amillərin təsiri ilə məruz qaldıqları risklər barədə geniş məlumat verilir, onların mühafizəsinin vacibliyi izah edilir.

Kitabın müəllifləri geologiya-mineralogiya elmləri doktorları Tələt Kəngərli və Şıxəli Babayevdir.

Bakıda böyük uğurla keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinə həsr olunmuş kitablar dəsti şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanmışdır.

Rusiyanın Cənub Federal Universitetinin alimi Dmitri Ruban Almaniyanın geologiyapaleontologiya üzrə "Zentralblatt" elmi jurnalında "Neft haqqında nə bilirik?" kitabı barədə rəy yazmışdır. Kitabı geniş şərh edən rusiyalı geoloq nəşri həm neftçilər, həm də qeyri-elmi cəmiyyət üçün mühüm vəsait hesab edir.

 Təhsil naziri Misir Mərdanov və Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da rəsmi məktublarla "Azərbaycanın geoloji möcüzələri" kitablar dəsti ilə bağlı təəssüratlarını bölüşmüşlər. Onlar kitablar dəstinin nəşrini Azərbaycanın dünyaya tanıdılması istiqamətində mühüm hadisə və vətənpərvərlik nümunəsi hesab edirlər. Məktublarda kitabların tərtibatı, aydın dilielmi səviyyəsi yüksək qiymətləndirilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 7.