Zərrabi poeziya teatrının ilk
tamaşası
Uzun fasilədən sonra Zərrabi poeziya teatrının qapıları tamaşaçıların üzünə açıldı. Bu açıq havada meydan tipli teatrın təməli 1979-cu ildə qoyulmuşdur. Fəaliyyət göstərdiyi 30 il müddətində bina yararsız vəziyyətə düşmüşdü.
Ulu Nizaminin 870 illik yubileyinə hazırlıqla əlaqədar olaraq teatrın fəaliyyətinin bərpa edilməsi qərara alındı. Qısa müddət ərzində dam örtüyü dəyişdirildi, uçmuş divarları bərpa edildi, döşəməyə qranit plitə döşəndi, yağış sularının axıdılması üçün borular çəkildi, köməkçi otaqlar nizama salındı.
Bu günlərdə əsaslı təmirdən çıxan Zərrabi poeziya teatrının açılışı olmuşdur. İlk olaraq tamaşaçılara əməkdar incəsənət xadimi Məmməd Alimin Nizami Gəncəvinin "Yeddi gözəl"inin motivləri əsasında yazdığı "Yeddi məhbusun şikayəti" tamaşası təqdim edildi.
Gəncə Dövlət Dram Teatrının direktoru
Əli Qasımov və professor Sevda Qurbanəliyeva bu sənət
ocağının yenidən fəaliyyətə
başlamasını Nizaminin 870 illik yubileyi ərəfəsində
gəncəlilərə, sənətsevərlərə ən
gözəl ərməğan olduğunu bildirdi.
Azərbaycan.- 2012.- 14 iyul.- S. 8.