Qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin əsas istiqamətidir

 

Bu ilin birinci yarısında qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalının 11,3 faiz artması bu siyasətin uğurla həyata keçirildiyini göstərir

 

"Keçən dəfə ilin birinci rübünə yekun vuraraq qeyd edildi ki, 2012-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olacaqdır. İlin birinci ayları iqtisadi cəhətdən çox müsbət idibu bizə imkan verirdi ki, ümumiyyətlə, 2012-ci ili Azərbaycan iqtisadiyyatı üçün növbəti uğurlu il kimi qiymətləndirək. Altı ayın yekunları bu fikirləri bir daha təsdiqləyir. Çünki altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir". Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda söyləmişdir.

Prezidentin bu sözlərini Dövlət Statistika Komitəsinin həmin dövrdə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilərlə bağlı açıqladığı hesabat bir daha təsdiqləyir. Hesabatda bildirilir ki, cari ilin birinci yarısında 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda ümumi daxili məhsul istehsalı 1,5 faiz, yaxud müqayisəli qiymətlərlə 369,2 milyon manat artaraq 25,9 milyard manata çatmışdır. Bu rəqəm özlüyündə kiçik görünsə də, dinamik inkişafdan xəbər verir. Dövlət başçısının sözləri ilə desək, ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir faizin daha da böyük qiyməti və dəyəri olur. Belə ki, hazırda iqtisadiyyatın hər bir faizi təxminən 700 dollara bərabərdir. Başqa sözlə, son 6 aydakı 1,5 faizlik artım keçən ilin eyni dövründəkindən 1 milyard dollarlıq çox məhsul istehsal olunduğu deməkdir.

Yanvar-iyun aylarında istehsal edilən ÜDM-in 67,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 54 faizi sənayedə, 9,2 faizi inşaat kompleksində, 4,5 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,3, o cümlədən nəqliyyat 4,9, ticarət və pullu xidmətdə 8,4, rabitədə 1,7, sosial və digər xidmətlərdə 11,3 faiz təşkil etmiş, 6 faiz məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Bu dövrdə hər bir nəfərə düşən ÜDM istehsalı 2828 manat (3597,5 ABŞ dolları) olmuşdur.

6 ayın uğurlu göstəricilərindən biri də ölkədə qeyri-neft sektorunun sürətli inkişafının davam etməsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə əlavə dəyər istehsalı bu sektorda 11,3 faiz artmışdır. Dövlət başçısı bu göstəricini yüksək qiymətləndirərək demişdir: "Ancaq bizi daha çox sevindirən qeyri-neft iqtisadiyyatımızın inkişafı olmuşdur. Bu, demək olar ki, iqtisadi siyasətimizin əsas istiqamətidir və hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir".

Yeri gəlmişkən bildirək ki, ÜDM-in tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində 6 ay ərzində 17,5 milyard manatlıq məhsul istehsal edilmişdir. Düzdür, bu sahə üzrə məhsul istehsalı keçən ilin eyni dövrünə nisbətən 3 faiz az olmuşdur. Lakin bu azalma neft sektorunda hasilatın aşağı düşməsi ilə əlaqədardır. Belə ki, bu sektorda əlavə dəyər istehsalı yanvar-iyun aylarında 6,4 faiz azalmışdır. Qeyd edək ki, sözügedən dövrdə ölkə üzrə 22,2 milyon ton neft, 8,8 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.

Emal sektorunda isə vəziyyət tamam fərqlidir. Hesabata görə, bu bölmə üzrə qida məhsulları istehsalı 5,2, içki istehsalı 11,6, toxuculuq sənayesi məhsulları istehsalı 98,8, geyim istehsalı 65,2, tikinti materilları istehsalı 22,9, metallurgiya sənayesi məhsulları istehsalı 12,1, hazır metal məmulatları istehsalı 82, maşın avadanlıqların istehsalı 14,4 faiz, rezin plastik məmulatlar istehsalı 3,4, kompyuter digər elektron avadanlıqları istehsalı 12,9, elektrik avadanlıqları istehsalı 3,1, mebel istehsalı 3,5 dəfə artmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin əvvəlindən inşaat kompleksində 5,9 milyard manat investisiyadan istifadə edilmişdir. Bu vəsaitin 57,1 faizi, yaxud 3,4 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Keçən ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf edilən investisiyanın həcmi 29,6, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin miqdarı isə 29,5 faiz artmışdır. Əsas kapitala yönəldilən kapitalın 77,9 faizini (4,6 milyard manatını) daxili investisiyalar təşkil etmiş bu göstərici 38,8 faiz artmışdır. Bütün bu vəsaitlər hesabına hesabat dövründə ölkədə bir çox istehsal sosial obyektlər istifadəyə verilmişdir. Onların sırasında 796,7 min kvadratmetrlik yaşayış evləri, 360 şagirdlik məktəb binaları, 280 yerlik məktəbəqədər uşaq müəssisəsi, tibb mədəniyyət ocaqları, eləcə Bakıda Heydər Əliyev Mərkəzi, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, "Qafqaz Bakı City hotel and Rezidences" "JW Marriot Absheron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət Sağlamlıq Mərkəzi, Naxçıvan şəhərində poliklinika Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıtda "AzGüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma dəqiq emal müəssisələri, Gəncədə Alüminium Zavodu Kompleksi, Göranboyda Şahmat məktəbi, Qusarda Mərkəzi Xəstəxana, Masallıda soyuducu anbar istixanalar, Astarada Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran Kijəbə-Qəcimardə avtomobil yolları, Qazaxda Konserv Zavodu, Tovuzda "Ayan Palace" oteli digər obyektlər var. Onu da qeyd edək ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasında sosial siyasətin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, yeni tikiləcək evlər, məktəblər, sosial infrastruktur əvvəlkindən qat-qat keyfiyyətli rahat olacaqdır", - deyən Prezident vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasının dövlət siyasəti olduğunu bir daha diqqətə çatdırmışdır. 

Bunu ilin birinci yarısında əhalinin pul gəlirləri ilə bağlı açıqlanan statistika da təsdiqləyir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 ay ərzində ölkə üzrə ümumilikdə əhalinin gəlirləri 14,2 faiz artaraq 15,1 milyard manata çatmışdır. Hər nəfərə düşən gəlirlər isə 12,7 faiz çoxalaraq 1651,2 manat (orta hesabla ayda 275,2 manat) olmuşdur. Yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 382,6 manat təşkil etmişdir ki, bu da keçən ilin eyni dövründəkindən 8,1 faiz çoxdur. Bununla belə, sənaye, tikinti, nəqliyyat s. sahələrdə işləyənlərin orta aylıq maaşları daha yüksəkdir. Məsələn, ilin 5 ayının hesablamalarına görə, sənayedə çalışanların orta aylıq əməkhaqqı 590,9, tikintidə işləyənlərinki 551,5 manat olmuşdur.

Gəlirlərin bu templə artması əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə birbaşa təsir edir. Məhz belə şəraitin yaranması nəticəsində cari ilin birinci yarısında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsi 9,2 faiz artaraq 8,2 milyard, pullu xidmətlərin həcmi isə 8 faiz çoxalaraq 2,5 milyard manata çatmışdır.

Əmtəə dövriyyəsinin bu cür artımına səbəb olan digər amil isə ötən dövrdə inflyasiyanın çox aşağı səviyyədə olmasıdır. Statistikaya görə, Azərbaycanda aprel ayından başlayan deflyasiya iyun ayında da davam etmiş may ayı ilə müqayisədə istehlak mallarının qiymətləri, eləcə xidmət tarifləri 1,3, o cümlədən ərzaq məhsulları 2,7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri xidmət tarifləri may ayının səviyyəsində qalmışdır. İlin əvvəlindən iyul ayınadək olan dövrə gəldikdə isə hesablamalara görə, ümumilikdə inflyasiyanın səviyyəsi cəmi 2,2 faiz olmuşdur. Göründüyü kimi, inflyasiya ilə əhalinin pul gəlirlərinin artımı arasında 12 faiz fərq mövcuddur. Bu isə əhalinin real gəlirinin artımı deməkdir.

 

 

Azərbaycan.- 2012.- 15 iyul.- S. 1.