Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 444; 2006, ¹ 12, maddə 1029; 2007, ¹ 5, maddə 442, ¹ 6, maddə 562, ¹ 8, maddə 756; 2009, ¹ 12, maddə 948; 2010, ¹ 3, maddə 171) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddəyə aşağıdakı məzmunda 2.9-cu və 2.10-cu maddələr əlavə edilsin:
"2.9. Bayraq nəzarəti - Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, eləcə də təhlükəsizliyə və ətraf mühitin mühafizəsinə dair sənədlərin onlara verilməsi sahəsində dövlət nəzarəti.
2.10. Liman nəzarəti - Azərbaycan Respublikasının limanlarına daxil olan və ya limanlarından çıxan xarici gəmilərin, onların avadanlığının və idarə olunmasının beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarəti.".
2.
Aşağıdakı məzmunda 5-1-ci maddə əlavə
edilsin:
"Maddə 5-1. Ticarət gəmiçiliyi
sahəsində lisenziyalaşdırma
5-1.1. Ticarət gəmiçiliyi sahəsində
aşağıdakı fəaliyyət növləri xüsusi razılıq (lisenziya)
əsasında həyata keçirilir:
5-1.1.1.
su nəqliyyatı ilə yük daşınması;
5-1.1.2.
su nəqliyyatı ilə sərnişin daşınması.".
3.
Aşağıdakı məzmunda 6.1.1.21-ci maddə əlavə
edilsin:
"6.1.1.21.
Bunker yanacağı ilə çirklənmə nəticəsində
vurulan zərərə görə mülki məsuliyyət ilə
bağlı sığorta və ya digər maliyyə təminatı
haqqında Sertifikatın verilməsi.".
4.
15-ci maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
"15.1.
Bu məcəllənin 16.2-ci maddəsində göstərilən
gəmilərə texniki nəzarət və onların təsnifatı
gəmi sahibinin və (və ya) gəmi mülkiyyətçisinin
seçdiyi təsnifat cəmiyyətləri tərəfindən
həyata keçirilir.
15.2.
Azərbaycan Respublikasının ərazisində gəmilərin
inşasına və ya təmirinə, eləcə də Azərbaycan
Respublikasının bayrağı altında Azərbaycan
Respublikasının hüdudlarından kənarda gəmilərin
inşasına texniki nəzarət təsnifat cəmiyyətləri
tərəfindən həyata keçirilir.
15.3.
Təsnifat cəmiyyətlərinin fəaliyyətinə
razılıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir.".
5.
Aşağıdakı məzmunda 18.1.21-1 - 18.1.21-4-cü maddələr
əlavə edilsin:
"18.1.21-1.
Gəminin "Gəmi və Liman vasitələrinin Mühafizəsi
haqqında beynəlxalq Məcəllə"nin tələblərinə
uyğun olması haqqında Şəhadətnamə;
18.1.21-2.
Gəminin "Əmniyyətli İdarəetmə haqqında
beynəlxalq Məcəllə"nin tələblərinə
uyğun olması haqqında Şəhadətnamə;
18.1.21-3.
Gəmi tarixinin fasiləsiz qeydlər sənədi;
18.1.21-4.
Bunker yanacağı ilə çirklənmə nəticəsində
vurulan zərərə görə mülki məsuliyyətlə
bağlı sığorta və ya digər maliyyə təminatı
haqqında Sertifikat;".
6.
22-ci maddənin ikinci cümləsində "təsnifat cəmiyyətinin"
sözləri "gəmini qeydiyyata alan orqanın"
sözləri ilə əvəz edilsin.
7.
34-cü maddə üzrə:
7.1.
34.1-ci maddənin ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
"Gəminin
qeydiyyata alındığı liman dəyişdirildikdə, gəmini
qeydiyyata alan orqan tərəfindən gəmi reyestrlərinə
və ya gəmi kitabına müvafiq məlumatlar daxil
edilir.";
7.2.
34.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"34.2.
Gəminin qeydiyyata alındığı limanın dəyişdirilməsi
Dövlət bayrağı altında üzmək hüququ
haqqında yenidən verilən Şəhadətnamə ilə
təsdiqlənir.".
8. V
fəslin adında "Dövlət" sözündən
sonra "bayraq və" sözləri əlavə edilsin.
9.
61-ci maddə üzrə:
9.1.
61.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"61.2.
Dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təyin edilir və bilavasitə
ona tabedir. Dəniz limanı kapitanının fəaliyyəti
müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi
"Dəniz limanı kapitanı haqqında Əsasnamə"
ilə tənzimlənir.";
9.2.
61.3-cü maddə ləğv edilsin;
9.3.
61.4-cü maddədə "liman nəzarəti" sözlərindən
əvvəl "dövlət bayraq və" sözləri əlavə
edilsin.
10.
62-ci maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
"62.1.
Dəniz üzgüçülüyü təhlükəsizliyinin
və dəniz limanında nizam-intizamın təmin edilməsi
sahəsində müvafiq icra hakimiyyəti orqanının
funksiyaları:
62.1.1.
ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinə və Azərbaycan Respublikasının ticarət
gəmiçiliyinə aid olan beynəlxalq müqavilələrinə
əməl edilməsinə nəzarət;
62.1.2.
gəmiləri gəmi reyestrlərində qeydiyyata almaq və
müvafiq gəmi sənədlərini vermək;
62.1.3.
gəmilərə və inşa edilməkdə olan gəmilərə
mülkiyyət hüququnu, gəminin və ya inşa edilməkdə
olan gəminin və onlara olan hüquqların
ipotekasını qeydiyyata almaq və müvafiq sənədlər
vermək;
62.1.4.
gəmi heyəti üzvlərinə sertifikatlar (diplomlar),
xüsusi hazırlıq şəhadətnamələri,
onların verilməsinin təsdiqnamələrini, dənizçinin
şəxsiyyət sənədini və dənizçi
kitabçalarını vermək;
62.1.5.
gəmilər tərəfindən ətraf mühitin
çirkləndirilməsinin qarşısını almaq
üzrə tələblərə əməl edilməsinə
nəzarəti həyata keçirmək;
62.1.6.
dənizdə bələdçi xidmətinə və gəmilərin
hərəkətini tənzimləyən xidmətlərə
rəhbərlik və nəzarəti həyata keçirmək;
62.1.7.
dənizdə batmış əmlakın
qaldırılmasına, habelə limanda inşaat, hidrotexniki və
digər işlərin görülməsinə icazə vermək;
62.1.8.
dənizdə baş vermiş qəzaları qeydə almaq və
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada araşdırmaq.
62.2.
Liman kapitanı dəniz üzgüçülüyü təhlükəsizliyinin
və dəniz limanında nizam-intizamın təmin edilməsi
sahəsində aşağıdakı funksiyaları həyata
keçirir:
62.2.1.
gəmilərin limana daxil olmasını və limandan
çıxmasını rəsmiləşdirmək;
62.2.2.
gəmi sənədlərini, sertifikatları (diplomları),
xüsusi hazırlıq şəhadətnamələrini və
sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini
yoxlamaq;
62.2.3.
gəmilərin limana daxil olması və onların limandan
çıxması qaydalarının tələblərinə
əməl olunmasına nəzarət;
62.2.4.
müvafiq gəmi jurnallarının yoxlanılması.".
11.
63-cü maddə üzrə:
11.1.63.1-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"63.1.
Gəmi sənədlərinin mövcudluğunu, gəminin əsas
göstəricilərinin gəmi sənədlərinə
uyğunluğunu, gəmi heyətinin müvafiq qaydada komplektləşdirilməsini
və ticarət gəmiçiliyi sahəsində beynəlxalq
konvensiyaların tələblərinin yerinə yetirilməsini
yoxlamaq məqsədi ilə dənizə çıxan gəmilərə
nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir.";
11.2.
63.2-ci maddədə "dəniz limanı kapitanı gəmini
yoxlaya bilər" sözləri
", habelə gəminin istismarı insan həyatına
və ya ətraf mühitə real təhlükə
yaratdığı təqdirdə, müvafiq icra hakimiyyəti
orqanı gəmini yoxlaya bilər." sözləri ilə əvəz
edilsin;
11.3.
63.3-cü maddədə "dəniz limanı kapitanı gəminin
nəzarət yoxlanmasını həyata keçirə bilər."
sözləri "müvafiq icra hakimiyyəti orqanı gəminin
nəzarət yoxlanmasını həyata keçirə bilər."
sözləri ilə əvəz edilsin;
11.4.
aşağıdakı məzmunda 63.4-cü və 63.5-ci maddələr
əlavə edilsin:
"63.4.
Azərbaycan Respublikasının dəniz limanlarına daxil
olan, xarici bayraqlar altında üzən gəmilərin son
üç təqvim ili ərzində hesablanmış orta
illik sayının ən azı iyirmi beş faizi müvafiq
icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə
uyğun olaraq nəzarət yoxlamasından keçirilməlidir.
63.5.
Gəminin təhlükəsizlik şəhadətnamələrində
göstərilmiş inşa tarixindən 10 ildən artıq
müddət keçdikdə qaz və kimyəvi maddələr
daşıyan tankerlər, 12 ildən artıq müddət
keçdikdə qalama (balker) yük gəmiləri, 15 ildən
artıq müddət keçdikdə sərnişin gəmiləri,
eləcə də ümumi tonnajı 3000 tondan artıq olan və
təhlükəsizlik şəhadətnamələrində
göstərilmiş inşa tarixindən 15 ildən artıq
müddət keçdikdə neft tankerləri bu məcəllənin
63.4-cü maddəsində qeyd edilən əsasnamədə nəzərdə
tutulmuş qaydada geniş nəzarət yoxlamasından
keçirilməlidirlər.".
12.
64-cü maddə üzrə:
12.1.
64.1-ci maddənin ikinci cümləsində
"aşağıdakı hallarda" sözlərindən
sonra "müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaqla" sözləri əlavə edilsin;
12.2.
aşağıdakı məzmunda 64.1.6-cı maddə əlavə
edilsin:
"64.1.6.
məhkəmənin qanuni qüvvəyə minmiş
müvafiq qərarı olduqda.".
13.
Aşağıdakı məzmunda 275.3-cü maddə əlavə
edilsin:
"275.3. Xilasetmə əməliyyatlarının əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2012-ci il
Azərbaycan.- 2012.- 15 iyul.- S. 5.