Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.  üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.2-ci maddəsində nəzərdə tutulmuş "Dəniz limanı kapitanı haqqında Əsasnamə"ni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.4. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 62.1.8-ci maddəsində nəzərdə tutulmuş dənizdə baş vermiş qəzaların araşdırılması qaydasını  Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.5. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 63.4-cü maddəsində nəzərdə tutulmuş gəmilərin nəzarət yoxlamasına dair əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının  Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1.  Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.2-ci maddəsinin ikinci cümləsində, 62.1.8-ci və 63.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2.  Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 15.3-cü maddəsində, 61.2-ci maddəsinin birinci cümləsində, 62.1-ci, 63.1-ci, 63.2-ci, 63.3-cü, 63.4-cü və 64.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası həyata keçirir;

3.3.  Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 275.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

4. "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹11, maddə 702; 2003, ¹ 6, maddə 286; 2006, ¹11, maddə 945; 2008, ¹8, maddə 719, ¹ 11, maddə 980) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. birinci bəndində "13.2-ci," sözlərindən sonra "15.3-cü," sözləri, "44.4-cü" sözlərindən sonra "maddələrində, 61.2-ci maddəsinin birinci cümləsində," sözləri, "61.3-cü," sözlərindən sonra "62.1-ci, 63.1-ci, 63.2-ci, 63.3-cü, 64.1-ci," sözləri əlavə edilsin;

4.2. ikinci bəndində "və" sözü vergül işarəsi ilə əvəz edilsin və "27.2-ci" sözlərindən sonra "və 275.3-cü" sözləri  əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 327; 2008, ¹ 8, maddə 720, ¹ 11, maddələr 970, 980; 2009 ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.17-ci bənddə "həyata keçirmək" sözlərindən sonra ",gəmilərin hərəkətini tənzimləmək məqsədi ilə gəmi sürücülərinə icrası məcburi olan göstərişlər vermək" sözləri əlavə edilsin;

5.2.  8.22-ci bənd aşağıdakı redaksiyada verilsin:

"8.22. Azərbaycan Respublikasında təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq vermək və onların fəaliyyətinə nəzarət etmək;";

5.3.  8.36-cı bənd aşağıdakı redaksiyada verilsin:

"8.36. Dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində normativ hüquqi aktlar hazırlamaq və təsdiq etmək;";

5.4.  9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"9.1. müvafiq sahəyə aid normativ hüquqi aktların və sahə standartlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;".

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 15 iyul.- S. 5.