Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması üzrə AMEA-nın işçi qrupunun Azərbaycan Respublikası Milli Məclisinin üzvləri ilə birgə iclası keçirilmişdir

 

Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 2012-ci il 23 may tarixli sərəncamının icrasını həyata keçirmək məqsədilə yaradılan AMEA-nın işçi qrupunun iyulun 13-də Azərbaycan Respublikası Milli Məclisinin üzvləri ilə birgə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclas Humanitarİctimai Elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin sədrliyi ilə keçirilmişdir. İclasda Milli Məclisin deputatları Yaqub Mahmudov, Əhliman Əmiraslanov, Şəmsəddin Hacıyev, Rafael Hüseynov, Nizami Cəfərov, Gülçöhrə Məmmədova, Rasim Musabəyov, Sabir Rüstəmxanlı, Gülər Əhmədova, Arif Əşrəfov, Bəxtiyar Əliyev, Jalə Əliyeva, İqbal Ağazadə, Mübariz Qurbanlı, Sahib Alıyev, Fazil Mustafa, Bəxtiyar Sadıqov, eləcə də "525-ci qəzet"in redaktoru Yaşar Əliyev, Moskva Linqvistika Universitetinin professoru Tofiq Məlikli və işçi qrupun üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü Kamal Abdullayev Azərbaycan dilinindilçiliyinin inkişafı ilə bağlı ölkə rəhbərinin sərəncamının əhəmiyyətini vurğulayaraq burada həmçinin tərcümə fəaliyyətinin, terminologiyanın inkişafına da diqqət yetirildiyini qeyd etmişdir. O, sərəncamın icrası ilə əlaqədar akademiyanın Rəyasət Heyətinin müvafiq qərarına əsasən, Dövlət Proqramının hazırlanması üzrə işçi qrupunun yaradıldığını və buraya yalnız AMEA-nın deyil, respublikanın bir çox ali məktəblərinin görkəmli alimlərinin, əlaqədar dövlət qurumlarının nümayəndələrinin də daxil edildiyini söyləmişdir. K.Abdullayev işçi qrupu tərəfindən artıq müəyyən işlərin görüldüyünü, Dövlət Proqramının aşağıdakı müvafiq bloklar üzrə hazırlanmasının nəzərdə tutulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır:  Azərbaycan dili elm və tədris müəssisələrində; Azərbaycan dili idarəçilikdə;  Azərbaycan dili beynəlxalq aləmdə;  küçə və reklamların dili;  Azərbaycan dili kütləvi informasiya vasitələrində; Azərbaycan dili informasiya texnologiyalarında.

K.Abdullayev işçi qrupu tərəfindən akademiyanın Humanitarİctimai Elmlər bölməsinin üzvləri və elmi-tədqiqat müəssisələri rəhbərləri ilə, AMEA Rəyasət Heyətinin üzvləri ilə görüşlər keçirildiyini, irəli sürülən təkliflərin nəzərə alındığını və bu qəbildən bir sıra görüşlərin də keçiriləcəyini nəzərə çatdırmışdır.

Daha sonra Milli Məclisin deputatları çıxış edərək kütləvi informasiya vasitələrinin dili, Azərbaycan diliqanunvericilik, reklamların dili,  Azərbaycan dilinin xaricdə təbliği,  televiziyalarda bədii şuraların bərpa olunması, xaricə yayımlanan TV kanallarının verilişlərinin mahiyyəti, xaricdə Azərbaycan dilində qəzet və jurnalların nəşri və s. kimi məsələləri müzakirə etmiş, bir sıra təkliflər səsləndirmişlər. 

 

 

Azərbaycan.- 2012.- 15 iyul.- S. 5.