Azərbaycan nümayəndəsi BMT Təhlükəsizlik ŞurasındaPostmünaqişə vəziyyətlərində sülh quruculuğumövzusunda açıq debatlarda çıxış etmişdir

 

 Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev qurumun Təhlükəsizlik Şurasının "Postmünaqişə vəziyyətlərində sülh quruculuğu" mövzusunda keçirdiyi açıq debatlarda çıxış etmişdir.

A.Mehdiyev bildirmişdir ki, münaqişədən ərazisinə hərbi təcavüzdən əziyyət çəkən dövlət kimi Azərbaycan danışıqlar vasitəsilə beynəlxalq hüquqa əsaslanan siyasi həll yolunun tapılması üzərində işləyir. Münaqişənin nizama salınması ilə bağlı vəziyyətin hazırda qeyri-müəyyən qalmasına baxmayaraq, Azərbaycan hökuməti artıq bir müddətdir ki, işğaldan azad edilən torpaqlarda sosial-iqtisadi infrastrukturun bərpasını nəzərdə tutan proqram strategiyaları formalaşdırmağa başlamışdır. Biz bu məqsədlərə səmərəli şəkildə nail olmaq üçün bütün sahələrdə təsisat resurs qabiliyyətimizi artırırıq. Şübhəsiz, sülh quruculuğu səylərinin bəzi məqamlarında beynəlxalq təcrübədən yararlanmaq ehtiyacı da olacaqdır.

Postmünaqişə vəziyyətlərində sülh quruculuğu məsələsi ilə bağlı Azərbaycanın mövqeyi haqqında danışan səfir A.Mehdiyev belə vəziyyətlərdə aparılan işin davamlı uğurlu olması üçün bir neçə şərtin vacibliyini vurğulamışdır. O demişdir ki, vakuum şəraitində sülh quruculuğu baş tuta bilməz, bu proses yalnız  beynəlxalq hüququn norma prinsiplərinə riayət olunan vəziyyətdə  mümkün ola bilər. Sülh quruculuğu səyləri beynəlxalq hüququn pozulması nəticəsində yaranan status-kvonun saxlanılmasında alət kimi istifadə oluna bilməz.

Azərbaycan diplomatı onu da qeyd etmişdir ki, sülh quruculuğunun saxlanılması davamlılığının təmin edilməsi üçün güclü milli sahiblik hissi təsisatlar vasitəsi ilə milli qabiliyyətin artırılması əsas olmalıdır. Diplomat beynəlxalq ictimaiyyəti dövlətlərin suverenliyinə, müstəqilliyinə milli inkişaf seçimlərinə hörmətlə yanaşmağa, BMT-ni isə ölkələrin milli strategiyalarının formalaşdırılması həyata keçirilməsinə yardım üçün beynəlxalq səyləri resursları səfərbər edərək əlaqələndirici rolunu yerinə yetirməyə çağırmışdır.

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 15 iyul.- S. 6.