Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq

 

Xalqımızın dahi oğlu, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti iyulun 14-də Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında bayram konserti təşkil etmişlər.

AzərTAc xəbər verir ki, konsertdə paytaxtın on minlərlə sakini və qonağı respublikamızın tanınmış incəsənət ustalarının ifasında mahnılar dinləmiş, rəqslərə tamaşa etmişlər.

Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gündən-günə çiçəklənən, gözəlləşən, getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını seyr etmişlər.

 

 

Azərbaycan.- 2012.- 15 iyul.- S. 7.