Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, II kitab, maddə 251, ¹5, maddə 323, ¹12, maddə 835; 2001, ¹1, maddə 24, ¹7, maddə 455; 2002, ¹1, maddə 9, ¹5, maddələr 236, 248, 258, ¹6, maddə 326, ¹8, maddə 465; 2003, ¹6, maddələr 276, 279, ¹8, maddələr 424, 425, ¹12, I kitab, maddə 676; 2004, ¹1, maddə 10, ¹4, maddə 200, ¹5, maddə 321, ¹8, maddə 598, ¹10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹1, maddə 3, ¹6, maddə 462, ¹7, maddə 575, ¹10, maddə 904, ¹11, maddə 994; 2006, ¹2, maddələr 71, 72, 75, ¹5, maddə 390, ¹12, maddələr 1008, 1020, 1028; 2007, ¹2, maddə 68, ¹5, maddə 398, ¹6, maddələr 560, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr 937, 941, ¹11, maddələr 1049, 1080, 1090, ¹12, maddə 1221; 2008, ¹6, maddələr 454, 461, ¹7, maddə 602, ¹10, maddə 884, ¹12, maddələr 1047, 1049; 2009, ¹5, maddə 315, ¹7, maddə 517, ¹12, maddə 953; 2010, ¹2, maddə 70, ¹3, maddələr 171, 178, ¹4, maddələr 275, 276, ¹7, maddə 591; 2011, ¹4, maddə 253, ¹6, maddə 472, ¹7, maddələr 587, 601, 621, ¹11, maddə 980, ¹12, maddə 1093; 2012, ¹2, maddə 45, ¹3, maddələr 193, 196) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1.  9.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.".

 

1.2.  61.1.9, 126.2.3 və 127.2.2-ci maddələrdə "xüsusi amansızlıqla," sözlərindən sonra "o cümlədən" sözləri əlavə edilsin.

 

1.3.  132-ci maddə ləğv edilsin.

 

1.4.  133-cü maddə üzrə:

 

1.4.1. maddənin adında "İşgəncə" sözü "Əzab" sözü ilə əvəz edilsin;

 

1.4.2. 133.1-ci maddənin sanksiyasında "üç ilədək" sözləri "iki ilədək müddətə islah işləri və ya eyni" sözləri ilə əvəz edilsin;

 

1.4.3. aşağıdakı məzmunda 133.2.6-cı maddə əlavə edilsin:

 

"133.2.6. işgəncə verməklə törədildikdə - ";

 

1.4.4. 133.2-ci maddənin sanksiyasında "üç ildən yeddi" sözləri "iki ildən beş" sözləri ilə əvəz edilsin;

 

1.4.5. 133.3-cü maddə ləğv edilsin.

 

1.5.  293-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 293. İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri- insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza

 

293.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, həmin əməldə bu məcəllənin 293.2-ci maddəsində nəzərdə tutulmuş işgəncə əməlinin əlamətləri olmadıqda -

 

üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

293.2. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə -

 

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

293.3. Eyni əməllər sağlamlığa ağır və ya az ağır zərər vurmaqla törədildikdə -

 

altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qeyd: Bu maddədə, habelə bu məcəllənin digər maddələrində "işgəncə" dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür.".

 

1.6.  296.2-ci maddədə "yeddi" sözü "səkkiz" sözü ilə əvəz edilsin.

 

Maddə 2. Bu qanun 2012-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

Maddə 3. Bu qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə məhkum olunmuş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə məhkum olunaraq cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

 

Maddə 4. Bu qanunun 3-cü maddəsinə uyğun olaraq cəza çəkməkdən azad edilmə, cəzanın azaldılması, cinayət törətmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdırma məsələlərinə cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında, hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökmün icrası qaydasında baxılır.

 

Maddə 5. 2012-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə həmin tarixdən xitam verilir və ya cinayət təqibinin başlanmasından imtina edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Cinayət təqibinə xitam verilərkən təqsirləndirilən (şübhəli) şəxsə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi hüququndan istifadə etmək imkanı yaradılır.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 17 iyul.- S. 3.