Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

  Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹12, maddə 741; 2004, ¹12, maddə 973; 2006, ¹11, maddə 932) 4.1.2-ci maddəsində "məlumatlar" sözündən sonra "(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 17 iyul.- S. 3.