Monteneqronun
Baş naziri İqor Lukşiç Azərbaycana rəsmi səfərə
gəlmişdir
Monteneqronun Baş naziri İqor Lukşiç iyulun 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hava limanında Monteneqronun Baş naziri İqor Lukşiçi Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşıladılar.
Monteneqronun və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda İqor Lukşiç və Elçin Əfəndiyev arasında qısa protokol söhbəti oldu.
AzərTAc
Azərbaycan.- 2012.- 17 iyul.- S. 4.