İkitərəfli
hərbi əməkdaşlığın inkişaf
perspektivləri müzakirə olunmuşdur
İyulun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin və Özbəkistan respublikalarının Azərbaycandakı səfirləri Xun Tsyuin və Şerzod Fayziyev ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hər iki görüşdə tərəflər arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Xun Tsyuin
Çinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini müdafiə naziri
Səfər Əbiyevə təqdim etmişdir.
Azərbaycan.- 2012.- 17 iyul.- S. 4.