İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) Baş katibi
Azərbaycanın qurumda fəaliyyətini
yüksək qiymətləndirmişdir
İyulun 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yəhya Marufi ilə fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov Y.Marufini Azərbaycanda salamlamış və Baş katib kimi fəaliyyəti dövründə İƏT ilə Azərbaycan arasında münasibətlərə verdiyi töhfəyə görə minnətdarlığını bildirmişdir.
Y.Marufi Baş katib kimi gördüyü işlər barədə qısa məlumat vermiş və Azərbaycanın İƏT-də fəaliyyətini yüksək qiymətləndirmişdir.
Görüşdə həmçinin Azərbaycan
ilə İƏT arasında əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilmişdir.
Azərbaycan.- 2012.- 17 iyul.- S. 4.