Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclasları olmuşdur
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Palatasının növbəti iclasları
olmuşdur.
Konstitusiya
Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, iclaslarda Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və
"Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci
maddəsinə əsasən 1 saylı Bakı
İnzibati-İqtisad Məhkəməsinin müraciətinə
baxılaraq icraata qəbul edilməsi haqqında qərardad
çıxarılmışdır.
İclasda
habelə vətəndaşlar Əfruz Ağa-Rəşid
qızı Əfəndiyevanın və Natavan Cahid
qızı Kərimovanın şikayətləri müzakirə
olunaraq icraata qəbul edilməsi haqqında qərardad
çıxarılmışdır.
Müraciətə
mahiyyəti üzrə, tərəflərin iştirakı ilə
Konstitusiya Məhkəməsi Plenumunun iyulun 27-nə, şikayətlərə
isə sentyabrın 6-na təyin edilmiş iclaslarında
baxılacaqdır.
Azərbaycan.- 2012.- 17 iyul.- S. 4.