Yeni yüksəliş yolunda

 

 Gəncədə bu ilin altı ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı 44 faiz artmışdır

 

 Gəncədə gözəl ənənə yaranıb. Vaxtaşırı görülən işlər təhlil olunur, qarşıda duran vəzifələr müəyyən edilir. Altı aylığın yekunlarına həsr olunmuş toplantı da bu mənada çox faydalı olmuşdur. Əvvəlcə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin hesabat məruzəsi dinlənildi. Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının, habelə qarşıda duran vəzifələrə həsr olunmuş iclasın yekunlarına və Prezident İlham Əliyevin nitqlərində irəli sürülən tövsiyə və tapşırıqlara uyğun olaraq şəhərdə görülən işləri ətraflı təhlil etdi.

Sonra çıxışlar oldu. İlk öncə keçən ilin birinci rübünə yekun vurulanda dövlət başçısının söylədiyi belə bir  fikir vurğulandı ki, "2012-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olacaqdır. İlin birinci ayları iqtisadi cəhətdən çox müsbət idibu, bizə imkan verdi ki, ümumiyyətlə, 2012-ci ili Azərbaycan iqtisadiyyatı üçün növbəti uğurlu il kimi qiymətləndirək. Altı ayın yekunları bu fikri bir daha təsdiqləyir. Çünki altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir".

Qeyd olundu ki, ölkə miqyasındakı yüksəliş qədim Gəncənin də timsalında çox aydın görünür. Şəhər üzrə altı ay ərzində daxili məhsulun həcmi 342,1 milyon manat olmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən artım 44 faizdir. Adambaşına düşən məhsulun həcmi 1062,1 manata çatmışdır. Ən əsası isə budur ki, ümumi daxili məhsulun 67,9 faizi qeyri-dövlət bölməsinin payına düşür. Başqa sözlə desək, özəl sektorda 150 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Ən mühüm növ məhsullardan - çörək və bulkanın, plastik boruların, traktorların, kotanların, fərdi qaz tənzimləyicilərinin, nar şirəsinin, üzüm şərabının, alüminium zolaqların və lentlərin istehsalı xeyli artmışdır.

Prezident İlham Əliyev tərəfindən təməli 3 mart 2008-ci ildə qoyulan Gəncə "DETal" Alüminium Zavodu kompleksinin birinci fazası istifadəyə verilmişdir. 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpuslarının və gil-torpaq qəbulu anbarının tikintisi isə davam etdirilir. Hesabat dövründə illik istehsal gücü 850 min ton olan yeni "DRI" zavodununistehsal gücü 750 min ton olan yeni polad zavodunun tikintisinə başlanılmışdır. Gələn il isə Pelet zavodu inşa ediləcəkdir. Beləliklə, 2012-2016-cı illərdə həyata keçirilən layihələrə 630 milyon dollar investisiya qoyulacaqdır.

Toplantıda Prezident İlham Əliyevin belə bir tövsiyəsi minnətdarlıqla xatırlandı. Dövlət başçısı demişdir ki, "Gəncədə alüminiumyönümlü texnopark  yaradılmalıdır".

Artıq bu tövsiyə uğurla yerinə yetirilir. Hesabat dövründə "İnter-Pak" MMC-də illik istehsal gücü 0,6 min ton meyvə şirəsi və 0,4 min ton mürəbbə istehsal edən yeni müəssisə istifadəyə verilmişdir.

"Gəncə-Qənnadı" ASC-nin Süd Emalı Zavodunda müasir texnoloji avadanlıqlar quraşdırılır. İldə 67 min baş mal-qara və xırdabuynuzlu heyvanın və 3 milyon 600 min quş əti emal edəcək "ELBA kəsim və emal fabriki" ucaldılır.

Bu ilin altı ayı ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi 56 milyon 313.9 min manat təşkil etmişdir. Bu vəsaitin 95,8 faiziya 53 milyon 948.7 manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Şəhərdə bir sıra obyektlərin, o cümlədən Heydər Əliyev Mərkəzinin, Şeyx Nizami Gəncəvi muzeyinin və Dövlət Filarmoniyasının, İmamzadə kompleksinin inşası davam etdirilir.

Cavad xanAtatürk prospektlərində və digər ünvanlarda qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün müasir memarlıq üslubunda,  geniş və yaraşıqlı 50 mənzilli yaşayış binasının təməli qoyulmuşdur.

Novruz meydanı, Şəhidlər xiyabanı və "Böyük Vətən müharibəsi" abidə kompleksi qısa vaxt ərzində əsaslı şəkildə yenidən qurulmuş və ətrafı  abadlaşdırılmışdır.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər də diqqəti cəlb edir. Əgər ötən səkkiz il ərzində cəmi üç-dörd məktəbdə təmir işləri aparılmışdırsa, yalnız son bir ildə 21 məktəbin və məktəbəqədər müəssisənin binaları müasir qaydada bərpa olunmuşdur. 15, 30, 32 və 42 nömrəli məktəblərdə və digər yerlərdə isə təmir-bərpa işləri davam edir.

Son vaxtlar Gəncə üçün daha bir mühüm hadisə əlamətdar olmuşdur. Cavad xan, Məhsəti, Natəvan, Sadıllı və Şıxzamanlı yaşayış məntəqələrinə qəsəbə statusu verilmişdir. Bu il iyun ayının 5-də Prezident İlham Əliyev həmin qəsəbələri şəhərlə birləşdirən 21 kilometrlik avtomobil yollarının tikintisi məqsədilə ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə üç milyon manat vəsait ayırmışdır.

Yeni yaradılan qəsəbələrin mərkəzləri müəyyənləşdirilmiş, bütün infrastruktur layihələri hazırlanmış, hər biri 640 yerlik 3 məktəbin, hər biri 140 yerlik 5 məktəbin və 280 yerlik iki məktəbəqədər tədris müəssisələrinin tikintisi nəzərdə tutulmuşdur.

Uzun illər diqqətdən kənarda qalan Hacıkənd qəsəbəsində indi geniş miqyasda tikinti, abadlıq-quruculuq işləri görülür. Qəsəbədə kommunal infrastruktur - qaz, işıq, su və rabitə xətləri yenidən qurulur. Küçələr və yollar abadlaşdırılır, ən mənzərəli yerdə Zeynalabdin Tağıyev adına park yaradılır.

Gəncənin girəcəyində beş hektara yaxın ərazidə yeni müasir Avtovağzal kompleksinin inşasına başlanılıb. Üçmərtəbəli avtovağzal binasında sərnişinlərin rahatlığı üçün hər şərait yaradılacaq, anauşaq, tibbi xidmət guşələri, ibadət otaqları, iaşə və ticarət obyektləri fəaliyyət göstərəcəkdir. Eyni zamanda, burada dördmərtəbəli mehmanxananın və ticarət mərkəzinin inşası nəzərdə tutulur.

Şəhərdəki köhnə binalarda fasadların klassik memarlıq üslubunda, dam örtüklərinin isə metal keramiklə üzlənərək mansard formasında yenidən qurulması davam edir. AtatürkNizami prospektində təqribən dörd min kvadratmetrə yaxın 8 qədim kərpic tikilinin və məhəllə hasarının bərpasına başlanılmışdır.

F.Əliyev küçəsinin H.Əliyev prospekti, V.Xuluflu küçəsinin Ş.İ.Xətai prospekti ilə kəsişməsinə qədər olan 6,5 kilometr uzunluğundakı yol yenidən qurulur. Küçələr genişləndirilir, ətrafda səliqə-sahman yaradılır. Şəhərdə yaşıllıq sahələrinin artırılması, gül-çiçək kollarının, ağacların əkilməsi, suvarılması, mühafizəsi, onlara aqrotexniki qaydada qulluq göstərilməsi daim diqqətdə saxlanılır.

Hazırda "Xan bağı" və N.Nərimanov parklarını, Heydər Əliyev və Şah İsmayıl Xətai, AtatürkNizami prospektlərini, onlarca digər küçəni milli ornamentli güldan butaxalça rəmzləri bəzəyir.

Şəhərin müxtəlif yerlərində 120 mindən çox ağac, 60 minə yaxın dekorativ gül və çiçək əkilmiş, 7,2 hektar yeni çəmənlik salınmışdır.

Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Prezidentin müvafiq fərman və sərəncamlarının, habelə digər normativ hüquqi aktların icrası ilə əlaqədar müvafiq tədbirlər həyata keçirirlər. Cari ilin birinci yarısında şəhər əhalisinin gəliri 27,4 faiz artaraq 654 milyon 629.3 min manat təşkil etmişdir.

Hesabat dövründə 9116 nəfərə 3 milyon 36 min manat məbləğində sosial müavinət, 1336 nəfərə Azərbaycan Respublikası qarşısındakı  xidmətlərinə görə 810 min 930 manat təqaüd verilmişdir. Hazırda şəhərdə 4350 ailə ünvanlı dövlət sosial yardımı alır.

Yeni Gəncə yaşayış massivində doqquzmərtəbəli 81 mənzilli yaşayış binasının inşası  davam etdirilir.

Gəncədə məskunlaşan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 25 hektar sahədə yaşayış şəhərciyi salınacaqdır.

Təbii qaz və enerji təminatı sahəsində sistemli işlər görülür. Şəhərin ayrı-ayrı küçələrində 25 min 315 metr SİP kabel, 12 min 690 metrdən çox koaksial kabel çəkilmişdir.

Hesabat dövründə 6,5 kilometr uzunluğunda müxtəlif gərginlikli yeni havakabel elektrik xətti çəkilmiş, 242 ədəd "Smartkart" tipli, o cümlədən 30 ədəd üçfazalı sayğac quraşdırılmışdır.

"Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində nəzərdə tutulan işlər sistemli surətdə davam etdirilir.

Qeyd olundu ki, layihə çərçivəsində Nizami prospektində "Ramada-Plaza" hotelindən keçmiş Şəmkir avtovağzalı istiqamətində kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar xeyli torpaq işləri görülmüşdür.

Şəhərdə sosial obyektlərin inşasına xüsusi fikir verilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhər Uşaq evində başlanan əsaslı təmir və tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. 2 nömrəli uşaq bağçası üçün müvafiq binanın tikintisinə hazırlıq işləri aparılır.

Psixiatriya xəstəxanasında, uşaq stomatoloji poliklinikasında, 1, 2, 3 və 4 nömrəli poliklinikalarda, kardiolojigöz xəstəxanalarında əsaslı təmir işləri görülmüşdür.

A.Səhhət adına şəhər xəstəxanasında, yoluxucu xəstəliklər xəstəxanasında əsaslı, təcili tibbi yardım xəstəxanasının travmalardaxili xəstəliklər şöbələrində təmir işləri davam edir.

Vərəm əleyhinə xəstəxanada rayonlararası bakterioloji laboratoriyanın tikintisi, Onkoloji xəstəxananın şüa müalicə kabinetində yenidənqurma və əsaslı təmir işləri başa çatmış, hər iki xəstəxananın ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilməsi üçün tədbirlər görülür. Artıq Onkoloji xəstəxanada Almaniyanın "Simens" şirkətinin istehsal etdiyi "Somatom emotium 6" müayinə aparatı quraşdırılmışdır.

Şah Abbas məscidində və Uğurlu xan karvansarasında əsaslı təmir-bərpa işləri aparılır, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin yaradılması, Cavad xanın at üstündə abidəsinin ucaldılması məsələləri həll olunur. "Qala" və İmamzadə komplekslərində tikinti, təmir-bərpa işləri sürətlə aparılır.

Şəhər sakinlərinin asudə vaxtlarıının səmərəli keçmələri üçün "Xan bağı" mədəniyyət və istirahət parkında hər həftənin şənbə günü musiqi kollektivləri tərəfindən istirahət konsertləri təşkil edilir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi çərçivəsində  şəhərin müəssisə və təşkilatlarında silsilə tədbirlər həyata keçirilir.

Müvafiq təşkilatların əlbir fəaliyyəti sayəsində şəhərdə sağlamsabit mənəvi iqlim yaradılmışdır. Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev toplantıda çıxış edərək dedi ki, son vaxtlarda ağır cinayətlərin sayı xeyli azalmış, hadisələrin açılma faizi yüksəlmişdir.

Toplantıda yaxın aylarda görüləcək işlərin tədbirlər planı hazırlanmış, dövlət başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 17 iyul.- S. 5.