“Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli
407-IVQD nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Daşınmaz əmlakın dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 407-IVQD nömrəli
qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Daşınmaz əmlakın dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
"Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2011-ci il 30 sentyabr tarixli 201-IVQD nömrəli
qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 26 dekabr tarixli 566 nömrəli fərmanının
2.3-cü bəndində nəzərdə tutulmuş
"daşınmaz əmlaka hüquqların
qeydiyyatını aparmış başqa dövlət
orqanları"nın səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini
iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.5.
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 29 iyun tarixli 407-IVQD nömrəli qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
3.
Müəyyən edilsin ki:
3.1.
"Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
3.2.
həmin qanunun 8.0.1-ci maddəsində "icra hakimiyyəti
orqanları" dedikdə Azərbaycan Respublikasının
müvafiq mərkəzi və yerli icra hakimiyyəti
orqanları nəzərdə tutulur;
3.3.
həmin qanunun 8.0.5-ci maddəsində "müvafiq icra
hakimiyyəti orqanları" dedikdə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və
digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə
tutulur;
3.4.
həmin qanunun 8.0.7-ci maddəsində "müvafiq icra
hakimiyyəti orqanları" dedikdə şəhər (rayon)
icra hakimiyyəti orqanları nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 18 iyul.- S. 1.