T.H.Məmmədovun
“Şərəf” ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü
bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
mədəniyyətinin inkişafındakı xidmətlərinə
görə Tokay Həbib oğlu Məmmədov "Şərəf"
ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 18 iyul.- S. 1.