Azərbaycan
Respublikasının aeroportlarında (hava
limanlarında) xüsusilə mühüm
şəxslər (VİP) və rəsmi nümayəndə
heyətləri salonlarından istifadə ilə bağlı bəzi
məsələlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə,
Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava
limanında rəsmi nümayəndə heyətləri
salonlarının xidmətlərindən istifadə hüququ
olan vəzifəli şəxslərin siyahısının təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10,
maddə 612, 2007, ¹ 9, maddə 867, ¹ 10, maddə 996; 2008, ¹ 8,
maddə 717, ¹ 9, maddə 797; 2009, ¹ 2, maddə 78, ¹ 7, maddə
580, ¹ 12, maddə 1043, 2010, ¹ 5, maddə 443) 2012-ci il
sentyabrın 1-dən ləğv edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1.
Azərbaycan Respublikasının aeroportlarında (hava
limanlarında) xüsusilə mühüm şəxslər
(VİP) və rəsmi nümayəndə heyətləri
salonlarının xidmətlərindən istifadə hüququ
olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin
siyahısını iki ay müddətində təsdiq etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.2.
Azərbaycan Respublikasının aeroportlarında (hava
limanlarında) xüsusilə mühüm şəxslər
(VİP) və rəsmi nümayəndə heyətləri
salonlarının xidmətlərindən istifadə hüququ
olan xarici dövlətlərin və beynəlxalq təşkilatların
nümayəndələrinin siyahısını Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin təklifləri
əsasında iki ay müddətində təsdiq etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.3.
Azərbaycan Respublikasının aeroportlarında (hava
limanlarında) xüsusilə mühüm şəxslər
(VİP) və rəsmi nümayəndə heyətləri
salonlarından istifadə qaydalarını iki ay müddətində
təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 18 iyul.- S. 1.