Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara
alır:
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹4, II kitab, maddə 251, ¹5, maddə 323,
¹12, maddə 835; 2001, ¹1, maddə 24, ¹7, maddə 455; 2002, ¹1,
maddə 9, ¹5, maddələr 236, 248, 258, ¹6, maddə 326, ¹8,
maddə 465; 2003, ¹6, maddələr 276, 279, ¹8, maddələr
424, 425, ¹12, I kitab, maddə 676; 2004, ¹1, maddə 10, ¹4, maddə
200, ¹5, maddə 321, ¹8, maddə 598, ¹10, maddə 762, ¹ 11, maddə
900; 2005, ¹1, maddə 3, ¹6, maddə 462, ¹7, maddə 575, ¹10, maddə
904, ¹11, maddə 994; 2006, ¹2, maddələr 71, 72, 75, ¹5, maddə
390, ¹12, maddələr 1008, 1020, 1028; 2007, ¹2, maddə 68, ¹5,
maddə 398, ¹6, maddələr 560, 562, 579, ¹8, maddə 757, ¹10,
maddələr 937, 941, ¹11, maddələr 1049, 1080, 1090, ¹12,
maddə 1221; 2008, ¹6, maddələr 454, 461, ¹7, maddə 602,
¹10, maddə 884, ¹12, maddələr 1047, 1049; 2009, ¹5, maddə
315, ¹7, maddə 517, ¹12, maddə 953; 2010, ¹2, maddə 70, ¹3, maddələr
171, 178, ¹4, maddələr 275, 276, ¹7, maddə 591; 2011, ¹4, maddə
253, ¹6, maddə 472, ¹7, maddələr 587, 601, 621, ¹11, maddə
980, ¹12, maddə 1093; 2012, ¹2, maddə 45, ¹3, maddələr 193,
196) aşağıdakı dəyişikliklər edilsin:
1. Məcəllənin otuzuncu fəsli
aşağıdakı redaksiyada verilsin:
"Otuzuncu fəsil
KİBERCİNAYƏTLƏR
Maddə 271.
Kompyuter sisteminə qanunsuz daxil olma
271.1. Kompyuter sisteminə və ya onun hər
hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin
sistemə və ya onun hər hansı bir hissəsinə
mühafizə tədbirlərini pozmaqla, yaxud burada
saxlanılan kompyuter məlumatlarını ələ
keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən
daxil olma -
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min
manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
271.2. Eyni əməllər:
271.2.1. təkrar törədildikdə;
271.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən törədildikdə;
271.2.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
271.3. Bu məcəllənin
271.1 və ya 271.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər
ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya
onun hər hansı bir
hissəsinə münasibətdə törədildikdə - üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu məcəllənin
271-273-2-ci maddələrində "kompyuter
sistemi" dedikdə, müvafiq
proqramlara uyğun olaraq verilənlərin
avtomatlaşdırılmış işlənməsini həyata
keçirən hər hansı qurğu və
ya bir-birinə qoşulmuş
və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür.
2. Bu məcəllənin 271-273-2-ci maddələrində
"kompyuter məlumatları" dedikdə, kompyuter sistemində
işlənməsi, emal edilməsi üçün yararlı
olan istənilən informasiya (faktlar, məlumatlar, proqramlar və
anlayışlar) başa düşülür.
3. Bu məcəllənin 271-273-cü
maddələrində "ictimai əhəmiyyətli
infrastruktur obyekti" dedikdə, dövlət və cəmiyyət
üçün mühüm əhəmiyyət kəsb edən
xidmətlər göstərən dövlət idarə,
müəssisə, təşkilatları, qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar), kredit təşkilatları,
sığorta şirkətləri, investisiya fondları
başa düşülür.
Maddə 272. Kompyuter
məlumatlarını qanunsuz ələ
keçirmə
272.1. Kompyuter
sisteminə, kompyuter sistemindən və ya bu sistem
daxilində ötürülən ümumi
istifadə üçün nəzərdə
tutulmayan kompyuter məlumatlarının,
o cümlədən bu
cür kompyuter məlumatlarının
daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit
şüalanmasının, buna hüququ olmayan şəxs
tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən
ələ keçirilməsi - iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə min manatdan iki
min manatadək miqdarda
cərimə və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
272.2. Eyni əməllər:
272.2.1. təkrar törədildikdə;
272.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən
törədildikdə;
272.2.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-
üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki min manatdan
üç min manatadək miqdarda cərimə və ya iki ildən
dörd ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
272.3. Bu məcəllənin
272.1 və ya 272.2-ci maddələrində
nəzərdə tutulmuş əməllər
ictimai əhəmiyyətli infrastruktur obyektinin kompyuter sisteminə və ya
onun hər hansı bir
hissəsinə münasibətdə törədildikdə - üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 273. Kompyuter sisteminə
və ya kompyuter məlumatlarına
qanunsuz müdaxilə
273.1. Kompyuter məlumatlarının qəsdən zədələnməsi,
silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs
tərəfindən törədilməklə əhəmiyyətli
zərər vurulmasına səbəb olduqda
-
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə min manatdan iki min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
273.2. Kompyuter məlumatlarının
daxil edilməsi, ötürülməsi, zədələnməsi,
silinməsi, korlanması, dəyişdirilməsi və ya
bloklanması yolu ilə kompyuter sisteminin işləməsinə
buna hüququ olmayan şəxs tərəfindən qəsdən
ciddi maneə törədilməsi -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə min manatdan iki min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
273.3. Bu məcəllənin 273.1 və
ya 273.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
273.3.1. təkrar törədildikdə;
273.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən
törədildikdə;
273.3.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə min manatdan iki min manatadək miqdarda cərimə
və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273.4. Bu məcəllənin
273.1-273.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ictimai
əhəmiyyətli infrastruktur obyektlərinin
kompyuter sisteminə və ya
onun hər hansı bir
hissəsinə münasibətdə törədildikdə - üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin
maddələrində "əhəmiyyətli zərər"
dedikdə, ictimai təhlükəli əməl
nəticəsində min manatdan
artıq olan məbləğdə ziyan vurulması və ya
dövlətin, cəmiyyətin və ya
ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına digər mühüm
zərərin vurulması başa düşülür.
2. Bu məcəllənin 273.2-ci maddəsində
"kompyuter sisteminin işləməsinə ciddi maneə
törədilməsi" kompyuter sisteminin normal fəaliyyətinin
elə bir pozulmasıdır ki, kompyuter sisteminin sahibinin və
ya istifadəçisinin bu sistemdən istifadə etmək və
ya digər kompyuter sistemləri ilə məlumatları
mübadilə etmək imkanını mühüm dərəcədə
məhdudlaşdırsın.
Maddə 273-1. Kibercinayətlərin
törədilməsi üçün
hazırlanmış vasitələrin dövriyyəsi
273-1.1. Hazırlanmasının və ya
uyğunlaşdırılmasının əsas məqsədi bu məcəllənin 271-273-cü maddələrində
nəzərdə tutulmuş cinayətlərin
törədilməsi olan qurğuların
və ya kompyuter
proqramlarının istehsalı, həmin cinayətlərin
törədilməsi məqsədi ilə idxalı,
istifadə üçün əldə
olunması, saxlanılması, satışı,
yayılması və ya əldə edilməsinə
digər formalarda şərait
yaradılması, əhəmiyyətli zərər vurduqda
- iki ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə iki min manatdan üç min manatadək miqdarda
cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
273-1.2. Kompyuter parollarının,
giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun
hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa
imkan verən digər analoji məlumatların bu məcəllənin
271-273-cü maddələrində nəzərdə
tutulmuş cinayətlərin törədilməsi məqsədilə
istehsalı, saxlanılması və ya istifadə
üçün əldə olunması, əhəmiyyətli
zərər vurduqda -
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki
min manatdan üç min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
273-1.3. Kompyuter parollarının,
giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun
hər hansı bir hissəsinə hüququ olmadan daxil
olmağa imkan verən digər analoji məlumatların bu məcəllənin
271-273-cü maddələrində nəzərdə
tutulmuş cinayətlərin törədilməsi məqsədi
ilə satışı, yayılması və ya onların əldə
edilməsinə digər formalarda şərait
yaradılması -
iki ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki
min manatdan üç min manatadək miqdarda cərimə və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
273-1.4. Bu məcəllənin
273-1.1-273-1.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər:
273-1.4.1. təkrar törədildikdə;
273-1.4.2. qabaqcadan əlbir olan bir qrup
şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən törədildikdə;
273-1.4.3. vəzifəli şəxs tərəfindən
öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
-
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə üç min manatdan dörd min manatadək
miqdarda cərimə və ya iki ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 273-2. Kompyuter
məlumatlarının saxtalaşdırılması
Saxtalaşdırılmış
kompyuter məlumatlarını autentik (həqiqi) kompyuter
məlumatları kimi qələmə vermək
və ya istifadə etmək məqsədilə
kompyuter məlumatlarını müvafiq hüquq olmadan qəsdən daxil
etmə, dəyişdirmə, silmə və ya
bloklama, bu əməllər
ilkin kompyuter məlumatlarının
autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb
olduqda -
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.".
2. Aşağıdakı məzmunda
171-1-ci maddə əlavə olunsun:
"Maddə 171-1. Uşaq
pornoqrafiyasının dövriyyəsi
171-1.1. Uşaq
pornoqrafiyasını yayma, reklam
etmə, satma, başqasına vermə,
göndərmə, təklif etmə, əldə edilməsinə
şərait yaratma, yaxud
yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə
etmə və ya saxlama
- səkkiz min manatdan on
min manatadək miqdarda
cərimə və ya beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
171-1.2. Eyni əməllər:
171-1.2.1. təkrar törədildikdə;
171-1.2.2. qabaqcadan əlbir ol
an bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
171-1.2.3. xeyli miqdarda gəlir əldə
etməklə törədildikdə;
171-1.2.4. yetkinlik yaşına
çatmayanın valideynləri və ya üzərinə
qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək
vəzifəsi qoyulmuş şəxslər və ya yetkinlik
yaşına çatmayanlara nəzarəti həyata
keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə,
tibbi və ya digər müəssisənin müəllimi və
ya digər işçisi tərəfindən törədildikdə;
171-1.2.5. təqsirkar üçün
aşkar surətdə on dörd yaşına çatmayan
şəxs barəsində törədildikdə;
üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə beş ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu məcəllənin
171-1-ci maddəsinin məqsədləri üçün
"uşaq pornoqrafiyası" dedikdə,
yetkinlik yaşına çatmayan
şəxsin və ya yetkinlik
yaşına çatmayan təsəvvürünü
yaradan şəxsin aşkar
seksual xarakterli hərəkətlərdə
real və ya simulyasiya edilmiş
iştirakını əks etdirən, yaxud
seksual məqsədlərlə yetkinlik yaşına
çatmayanların cinsi orqanlarını
əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar
seksual hərəkətlərdə iştirak edən yetkinlik
yaşına çatmayan şəxsi əks
etdirən realistik təsvirlər başa düşülür.
2. Bu məcəllənin 171-1.2.3-cü
maddəsində "xeyli miqdar" dedikdə, min manatdan artıq
olan məbləğ başa düşülür.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2012-ci il
Azərbaycan.-
2012.- 18 iyul.- S. 2.