Monteneqronun Baş naziri İqor Lukşiçin Azərbaycana rəsmi səfəri başa çatmışdır

 

 İyulun 17-də Monteneqronun Baş naziri İqor Lukşiçin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqronun Baş naziri İqor Lukşiçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 3.