Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr
Lukaşenkoya
Hörmətli Aleksandr
Qriqoryeviç!
Milli
bayram - Respublika Günü münasibətilə Sizə və
dost Belarusun bütün xalqına mənim təbriklərimi və
ən xoş arzularımı qəbul edin.
Bu
gün Belarus dövlətçiliyin, qanunçuluğun və
hüquqi qaydanın möhkəmləndirilməsi, cəmiyyətin
həyatının bütün tərəflərinin modernləşdirilməsi
yolu ilə uğurla irəliləyir.
Azərbaycan
ilə Belarusu qırılmaz dostluq, əməkdaşlıq və
qarşılıqlı dəstək telləri
bağlayır. Əminəm ki, bundan sonra da bizim səylərimiz
bu xeyirxah ənənələrin qorunub saxlanmasına və
artırılmasına, dövlətlərarası münasibətlərimizin
genişləndirilməsinə yönələcəkdir.
Hörmətli
Aleksandr Qriqoryeviç, Sizə möhkəm
cansağlığı, xoşbəxtlik və uğurlar, dost
Belarus xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 22 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 3 iyul.- S. 1.