Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür

 

"...Bu dövlət 20 ildə misilsiz sosial-iqtisadi nailiyyətlərə imza atıb. Yola salınan onillik Azərbaycanın iqtisadiyyatı tarixinə intibahinkişaf dövrü kimi yazılıb. Ölkə iqtisadiyyatı dünya təcrübəsində çox az rast gəlinən bir kəmiyyət və keyfiyyət inkişafına nail ola bilib. Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq onu Xəzər və Qara dəniz hövzəsinin, həmçinin Cənubi Qafqazın lider dövlətinə çevirdi..."

Qərəzli yazıları istisna etsək, son vaxtlar dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan yazılarda bu məqamlar xüsusilə vurğulanır. ABŞ-ın "The Wall Journal" qəzeti yazır: "Müstəqillik əldə etdikdən 20 il sonra Azərbaycan dünyada ən sürətli inkişaf edən iqtisadiyyatdan birinə malikdir. 2003-2008-ci illərdə ölkədə orta illik artım 20 faiz təşkil etmişdir. Azərbaycan qeyri-neft sektorunun artımını iqtisadisiyasi sabitliklə birləşdirə bilmişdir".

Qeyd edək ki, Azərbaycan özünün Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmək kimi geosiyasigeostrateji iddiasını heç vaxt gizlətməyib. Hazırda Cənubi Qafqazın insan resurslarının 60, yanacaq-enerji və maliyyə resurslarının, həmçinin iqtisadi potensialının 80-90 faizi Azərbaycanın payına düşür. Gürcüstanın iqtisadi perspektivi yalnız Azərbaycandan gələn enerjidaşıyıcılarının nəqli və onunla birgə Şərq-Qərb əlaqələrində tranzit ərazi-keçid dəhlizi roluna hesablanmışdır. Yəni, bu dost ölkənin gəlir əldə etmək imkanlarının böyük hissəsi birbaşa ölkəmizlə bağlıdır. Azərbaycanın beynəlxalq aləmdəki çəkisinin günü-gündən artması, rəsmi Bakının fəal xarici siyasəti nəticəsində Ermənistanın işğalçı siyasəti ən yüksək tribunalardan etiraf olunur. Bu gün Ermənistan ən yaxın strateji müttəfiqləri ilə münasibətlərdə də bu faktı ört-basdır etməkdə çətinlik çəkir. O, bütün regionaltransmilli layihələrdən təcrid olunmuş, özünü ağır sosial-iqtisadi böhrana düçar etmişdir. Sosial durumun ildən-ilə ağırlaşması, əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi Ermənistanın hakimiyyət strukturlarını çox ciddi demoqrafik problemlə üz-üzə qoymuşdur.           

İri enerji layihələrindən Ermənistanın kənarda qalması onun regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən siyasət aparmasıdır. Bunların sırasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal altında və Naxçıvanı blokadada saxlaması kimi məsələlər də daxildir. Bəzi geostrateqlər təhlillərində deyirlər ki, Ermənistanın Cənubi Qafqazdakı "xüsusi geosiyasi missiyası" təkcə bölgə ölkələrinin "heç kimdən asılı olmayan, müstəqil regional əməkdaşlıq tendensiyasını" pozmaq deyil, həm də bu məkanda davamlı regional böhran, etnik-separatçı münaqişələr yaradaraq region ölkələrinin Avropa strukturlarına - NATO-ya, Avropa İttifaqına inteqrasiyasının qarşısını almaqdan ibarətdir. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllindən, hətta ən əlverişli şərtlər çərçivəsində belə hər dəfə buya digər bəhanələrlə boyun qaçırmasının kökündə də məhz kənardan idarə olunan "geosiyasi missiya" durur.     

Özünəməxsus fundamental dövlətçilik və idarəçilik ənənələrini, milli inkişaf strategiyasını möhkəmləndirən, hər sahədə islahatları genişləndirən Azərbaycan isə qarşısına qoyduğu bir çox strateji hədəfləri reallaşdırıb. Dövlətin iqtisadiyyatının yeniləşmə və inkişaf mərhələsi əsasən 2003-cü ildən başlayıb. Strukturun yeniləşməsi, sosialyönümlü iqtisadi islahatların geniş vüsət alması cəmiyyətin sosial bazasının sürətli inkişafı ilə nəticələndi.

Dövlət başçısı Azərbaycanda milli ideya platformasını ən dərin təməllər üzərində inkişaf etdirərək ölkənin sosial-iqtisadi və digər sahələrdə inkişafının yüksələn xətt üzrə irəliləyişini sürətləndirdi. Davamlı dinamik inkişaf məntiqinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir. Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, liberal iqtisadiyyatın təmin olunması ölkəmizin dünya birliyinə sıx inteqrasiyasını dərinləşdirir: "Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır".

Analitiklər bildirirlər ki, cənab İlham Əliyevin hələ birinci Prezidentlik dövrü ölkə iqtisadiyyatının sürətli inkişafı ilə yadda qaldı: "Bu beşillikdə Azərbaycan tarixə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil olub. Bu dövr ərzində iqtisadiyyatın inkişafı 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artıb. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşüb, büdcə xərcləri 10 dəfədən çox yüksəlib. Eyni zamanda, dövlət başçısı ilk beşillik fəaliyyəti dövründə növbəti beşillik üçün yeni iqtisadi meyarlar müəyyən edib. İkinci Prezidentlik dövrü isə iqtisadiyyatın struktur baxımından daha da təkmilləşməsi, idarəetmə texnologiyalarının innovativ fazaya keçməsi və inkişafı ilə xarakterizə olunur..."

Avropa və dünyanın enerji təhlükəsizliyi sahəsindəki bugünkü mövqeləri qorumaq, gücləndirmək və ölkənin milli maraqları ilə sıx əlaqələndirmək Azərbaycanın regionda geosiyasi mövqelərini möhkəmləndirən əsas amillərdən biridir. Xəzərin ona məxsus sektorundakı zəngin karbohidrogen ehtiyatlarının çıxarılması və alternativ marşrutlarla dünya bazarlarına daşınması Azərbaycanın həyata keçirdiyi birmənalı müstəqil enerji siyasəti olmuşdur. Mütəxəssislərin fikrinə görə, Azərbaycan Avrasiyanın elə bir geosiyasi məkanına çevrilmişdir ki, orada ABŞ, Avropa İttifaqı, Rusiyabaşqa dünya güclərinin geoiqtisadi maraqları, geosiyasi və hərbi-geostrateji mövqeləri bir-birinə ən yüksək dərəcədə yaxındır.

Əslində, Azərbaycanın Cənubi Qafqazda ən iri enerji, nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı olması və onların fəaliyyətini təmin etməsi təkcə ölkəmizin özünün deyil, həm də bütün Qara dəniz və Xəzər dənizi hövzəsi regionlarının, Avropa və Amerikanın, bütün dünyanın strateji maraqlarını təmin edir. Göründüyü kimi, Azərbaycan iqtisadisosial modernləşmənin həyata keçirilməsində çox qətiyyətlidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizin yüksək iqtisadi inkişafı keçid dövrünün keçmişdə qaldığını şərtləndirir: "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlariqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, bu sahədə keçid dövrü başa çatıbdır".

Prezidentin əsas məqsədlərindən biri XXI əsrin ikinci onilliyində Azərbaycanın yeni iqtisadi siyasətini müəyyənləşdirmək, yeni inkişaf istiqamətləri açmaqmilli inkişaf konsepsiyasının əsas məzmununu təşkil edən ölkəni irəliyə aparmaq, cəmiyyəti inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdır. Beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta sərvətləri qarşıdakı, beş ildə də əhəmiyyətli dərəcədə artaraq 100 milyard dolları ötəcək.

Cənubi Qafqazın geosiyasi perspektivləri deyərkən bütün beynəlxalq dəyərləndirmələrdə regional sülh və təhlükəsizlik məsələləri əsas şərt kimi irəli sürülür. Rəsmi Bakının hazırda xarici siyasətinin əsas istiqamətlərindən birini məhz dünya birliyinin Dağlıq Qarabağ probleminə beynəlxalq hüquqa uyğun, konstruktivprinsipial yanaşmasını təmin etmək və bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaqdır. Azərbaycan dövlətinin məqsədi lideri olduğu Cənubi Qafqazı kimlərinsə geosiyasi və hərbi-geostrateji münaqişə obyektinə deyil, bütün sivil dünyanın tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq və ədalətli iqtisadi yarış meydanına çevirməkdir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 5.