İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlmişdir

 

 İyulun 17-də İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Biacio Abrate Azərbaycana rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Biacio Abratenin dövlət və  hökumət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

Görüşlərdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 18 iyul.- S. 6.