Azərbaycan
Prezidenti İlham Əliyev Polşanın xarici işlər
nazirinin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan ilə Polşa arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorskinin Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.
Görüşdə Azərbaycan-Polşa ikitərəfli əlaqələri, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 19 iyul.- S. 1.