Azərbaycan
Respublikasında ünvan reyestrinin
aparılması ilə bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda ünvan reyestri sisteminin yaradılması çərçivəsində mövcud olan və yeni salınan nəqliyyat infrastrukturu obyektlərində yerləşdirilmək üçün ünvan adlarını və nömrələrini əks etdirən lövhələrin hazırlanması və quraşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycanda ünvan
reyestri sisteminin
yaradılması çərçivəsində mövcud olan və yeni salınan küçə, prospekt, meydan və digər
nəqliyyat infrastrukturu obyektlərində
yerləşdirilmək üçün ünvan adlarını və nömrələrini
əks etdirən müasir dizaynlı
lövhələrin hazırlanması və quraşdırılması
ilə əlaqədar işlərin cari ildə başlanmasını təmin etmək
üçün Azərbaycan
Respublikasının 2012-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 19 iyul.- S. 1.