Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Parlamenti İcmalar Palatasının üzvü, keçmiş müdafiə nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foksu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən  parlamentlərarası əməkdaşlıq sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 iyul.- S. 2.