Azərbaycan
Prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsi
icraçı direktorunun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Amerika Yəhudi Komitəsi icraçı direktorunun Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirdi.
Cənab Devid Harris ölkəmizə ikinci dəfə səfər etməsindən məmnunluğunu ifadə etdi. Ötən dövr ərzində paytaxtda çox böyük inkişafın şahidi olduğunu deyən qonaq müasir memarlıq üslubu ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının Bakıya xüsusi yaraşıq verdiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 19 iyul.- S. 2.