Türkiyənin Xarici İşlər Nazirliyi
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ
bölgəsində keçiriləcək qondarma
“prezident
seçkiləri” ilə
bağlı bəyanat yaymışdır
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçiriləcək qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, iyulun 19-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olaraq qondarma "prezident seçkiləri"nin keçiriləcəyi məlum olmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin pozulması xarakteri daşıyan bu "seçki"lər Dağlıq Qarabağda hüquqazidd mövcud vəziyyəti birtərəfli şəkildə legitimləşdirmək səylərinin bir nümunəsidir.
Sənəddə vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olunması istiqamətində ciddi əngəl törətməkdə davam edir. Bu münaqişə region ölkələri arasında mehriban qonşuluğa və əməkdaşlığa şərait yaradacaq atmosferin formalaşmasına mane olur. Bu səbəbdən münaqişənin həllinə yönəlmiş səylərin davam etdirilməsini dəstəkləyən Türkiyə bu "seçki"ləri kəskin şəkildə pisləyir. Türkiyə qanunsuz keçiriləcək "prezident seçkiləri"nin nəticələrini tanımayacaqdır.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 19 iyul.- S. 2.