1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

 

1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsinonun aylıq məbləği 55 (əlli beş) manat müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin sosial müdafiə və sosial təminat bölməsində nəzərdə tutulmuş xərclər hesabına ödənilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 1.