Müdafiə sənayesi
sahəsində əməkdaşlığın perspektivləri
müzakirə edilmişdir
İyulun 18-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda rəsmi səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Biacio Abratenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Yavər Camalov qonaqlara qurumun fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Görüşdə İtaliya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Biacio Abrate
ətraflı məlumata və görüşə görə
minnətdarlığını bildirmişdir.
Görüşdə İtaliyanın Azərbaycandakı səfiri
Mario Corco Stefano Baldi iştirak
etmişdir.
Azərbaycan.- 2012.- 19 iyul.- S. 5.