İsrail Dövlətinin Prezidenti
zati-aliləri cənab Şimon Peresə
Hörmətli cənab Prezident!
Bolqarıstanın
Burqas şəhərindəki hava limanında törədilmiş
terror aktı nəticəsində həmvətənlərinizin
həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu dəhşətli
hadisədən son dərəcə hiddətlənir,
terrorizmin bütün təzahürlərini qətiyyətlə
pisləyirik.
Baş
vermiş faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxın adamlarına dərin
hüznlə başsağlığı verir, yaralananların
və xəsarət alanların tezliklə
sağalmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 19 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 20 iyul.- S. 1.