Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokolun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

 

"Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında" Sazişdə dəyişiklik edilməsi barədə  2012-ci il aprelin 4-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 1.