Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddə 226, ¹ 5, maddə 379; 2001, ¹ 11, maddələr 676, 683; 2004, ¹ 6, maddə 397; 2005, ¹ 1, maddə 5, ¹ 8, maddə 684; 2006, ¹ 11, maddə 922; 2007, ¹ 5, maddə 437, ¹ 11, maddə 1049; 2010, ¹ 3, maddə 171) 20-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 2.