Azərbaycan
Respublikasının Prezidenti İ.Əliyevin
və Qırğız Respublikasının Prezidenti
A.Atambayevin Birgə Bəyanatının təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Prezidenti İ.Əliyevin və
Qırğız Respublikasının Prezidenti A.Atambayevin
2012-ci il martın 30-da Bakı şəhərində
imzalanmış Birgə Bəyanatı təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 20 iyul.- S. 2.