“Həmkarlar ittifaqları
haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 412-IVQD nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Həmkarlar ittifaqları
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 29 iyun tarixli 412-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Həmkarlar ittifaqları haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2.
üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Həmkarlar
ittifaqları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 20 iyul.- S. 2.