Azərbaycan ilə
ABŞ arasında münasibətlərin hazırkı vəziyyəti
və əməkdaşlığın inkişaf
perspektivləri müzakirə olunmuşdur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə E.Məmmədyarov Azərbaycanın çoxmədəniyyətli və tolerant ölkə kimi dünyada tanındığını və sivilizasiyalararası dialoqda fəal rol oynadığını xüsusi vurğulamışdır.
Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri, yəhudi icmasının ölkəmizin ictimai-sosial həyatındakı rolu, eləcə də regionda cərəyan edən proseslər müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 20 iyul.- S. 3.