Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

 İyulun 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ ordusunun Avropa Komandanlığının Quru Qoşunları Komandanı general-leytenant Mark Fillip Hertlinq ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və bölgədə hərbi-siyasi vəziyyət əsas müzakirə mövzusu olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 4.