Azərbaycanın
işğal olunmuş
Dağlıq Qarabağ regionunda
keçirilən qondarma “prezident seçkiləri” münaqişənin nizamlama
prosesinə mənfi təsir göstərir
İyulun 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Cənubi Qafqaz və Yaxın Şərq regionlarında cərəyan edən proseslər, Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında rolu və Əfqanıstandakı fəaliyyəti müzakirə edilmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
barədə ətraflı məlumat verən nazir
E.Məmmədyarov Ermənistanın qeyri-konstruktiv
mövqeyinin, eləcə də Azərbaycanın
işğal olunmuş
Dağlıq Qarabağ regionunda
keçirilən qondarma "prezident seçkiləri"nin nizamlama prosesinə mənfi təsir göstərdiyini
vurğulamışdır. Ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun
artdığı və mövqeyinin
möhkəmləndiyi qeyd edilən
görüşdə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasındakı fəaliyyəti və beynəlxalq təşkilatlar
ilə əməkdaşlığı müzakirə olunmuşdur.
Azərbaycan.- 2012.- 20 iyul.- S. 4.